525.Az

Rusiyada neft emalı zavodunda partlayış


 

Rusiyada neft emalı zavodunda <b style="color:red">partlayış</b>

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən "Novatek" enerji şirkətinin neft emalı zavodunda partlayış baş verib.

525.az xəbər verir ki, "Novatek" enerji şirkətinin Estoniya sərhədindəki Ust-Luqa limanında yerləşən neft emalı zavodunda partlayışdan sonra yanğın baş verib. Yanğının nəzarət altına alındığı, xəsarət alan olmadığı açıqlanıb.

Qeyd edək ki, Rusiya yerli mediası yanğının səbəbinin hələlik məlum olmadığını, lakin neft emalı zavodunun ətrafında PUA-ların göründüyünü yazıb.

Məhəmməd Tağıyev

 





22.01.2024    çap et  çap et