525.Az

Fərqli ölkələrin eyniadlı şəhərləri - ARAŞDIRMA


 

Fərqli ölkələrin eyniadlı şəhərləri - <b style="color:red">ARAŞDIRMA</b>

Amerika kəşf edildikdən sonra qitəyə Avropadan insan axını gerçəkləşirdi. Belə ki, daha çox Avropadan olan köç və müstəmləkə rejimi səbəbilə həmin insanların vətənlərindəki şəhər, qəsəbə və bölgə adları yeni torpaqlarda da istifadə edilməyə başlandı. Təbii ki, bunu yalnız Amerika qitəsinə şamil etmək olmaz. Keçmişdə müstəmləkəçilik çəkmiş başqa ölkələrdə də bu hal yaşanır.

525.az olaraq sizlərə fərqli ölkələrdə olan eyniadlı şəhərləri təqdim edirik.

  1. Olimpiya- Yunanıstan, ABŞ (Vaşinqton ştatı)
  2. Birminqem- İngiltərə, ABŞ (Alabama ştatı)
  3. Barselona- İspaniya, Venesuela
  4. Hamilton- Kanada, ABŞ (Ohayo ştatı)
  5. London- İngiltərə, Kanada
  6. Odessa- Ukrayna, ABŞ (Texas ştatı)
  7. Hamburq- Almaniya, ABŞ (Nyu-York ştatı)
  8. Brest- Fransa, Belarus
  9. Koventri- İngiltərə, ABŞ (Rod-Aylend ştatı)

Məhəmməd Tağıyev

 





22.01.2024    çap et  çap et