525.Az

Aİ Qəzza münaqişəsinin həlli planını təklif edəcək


 

Aİ Qəzza münaqişəsinin həlli planını təklif edəcək<b style="color:red"></b>

Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Josep Borrell İsraillə Fələstinin HƏMAS hərəkatı arasında münaqişənin həlli, o cümlədən Fələstində dövlətin yaradılması planı hazırlayır.

525.az xəbər verir ki, bu barədə “Politico” Avropa rəsmiləri arasında olan mənbələrə istinadən yazır.

Nəşrin məlumatına görə, Borrel departamenti Fələstin dövlətinin yaradılması və onun tanınması üçün sülh təklifi ilə 12 səhifəlik sənəd hazırlayır. Münaqişənin həlli prosesinə ərəb ölkələri, ABŞ və BMT-nin də cəlb edilməsi planlaşdırılır.

Sənəddə qeyd edilir ki, münaqişənin davam etməsi təkcə İsrail və Fələstini təhdid etmir, həm də miqrasiya baxımından Avropa üçün əhəmiyyətli risk yaradır. Öz növbəsində planın müzakirəsində iştirak edən Misir, İordaniya və Səudiyyə Ərəbistanı onları da müzakirələrə əlavə etməyi və Qəzza zolağında münaqişənin həlli planının təkcə Aİ-nin təklifi olmaması üçün sülh konfransı keçirməyi təklif edir.

Havar Şəfiyeva

 





22.01.2024    çap et  çap et