Avropa Xarici Fəaliyyət Xidməti Ukrayna üçün dəyəri 20 milyard avrodan çox olan yeni hərbi dəstək paketi hazırlayıb.
525.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) yeni planını layihəyə istinadən "The Wall Street Journal" açıqlayıb.
Təşəbbüs Kiyevə qarşıdakı dörd il ərzində təmin edəcəkləri on milyardlarla avro hərbi yardım müqabilində Aİ ölkələrinə 20 milyard avrodan çox vəsaitin qaytarılmasını nəzərdə tutur.
Qeyd edək ki, 2022-ci ildə yaradılan Avropa Sülh Fondundan təxminən 6,5 milyard avro cəlb edəcək və 2024-cü ildən 2027-ci ilə qədər hər il 5 milyard avroya qədər vəsait alacaq xüsusi fondun yaradılması planlaşdırılır.
Havar Şəfiyeva
çap et