525.Az

Çexiya ukraynalıları hərbi xidmət üçün öz ölkələrinə geri göndərməyəcək


 

Çexiya ukraynalıları hərbi xidmət üçün öz ölkələrinə geri göndərməyəcək<b style="color:red"></b>

Çex Respublikası ukraynalıları hərbi xidmət etmələri üçün öz ölkələrinə geri göndərməyəcək.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski deyib.

O bildirib ki, belə bir mexanizm mövcud deyil və bu, beynəlxalq hüquqa, həmçinin, Çexiyanın beynəlxalq öhdəliklərinə əsla uyğun gəlməz.

Məlumata görə, hazırda Çexiyada müxtəlif viza növləri ilə yaşayan 200 min ukraynalı kişi var.

 





22.01.2024    çap et  çap et