525.Az

Gəncə Filarmoniyasında Azər Zeynalovun konserti olacaq


 

Gəncə Filarmoniyasında Azər Zeynalovun konserti olacaq<b style="color:red"></b>

Gəncə Dövlət Filarmoniyasında Xalq artisti, professor Azər Zeynalovun “Gəncəyə gəlirəm” adlı solo konserti keçiriləcək.

Filarmoniyadan 525.az-a verilən xəbərə görə, 21 aprel saat 19:00-da keçiriləcək gecədə sənətçi sevilən ifalarını onu sevənlərə təqdim edəcək.

Qeyd edək ki, Xalq artisti Azər Zeynalov solo konsert ilə Gəncədə ilk dəfə çıxış edəcək.

Biletləri Gəncə Dövlət Filarmoniyasının kassalarından və iticket.az saytından əldə etmək mümkündür.

 





22.01.2024    çap et  çap et