525.Az

Bakı və bölgələrə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB


 

Bakı və bölgələrə qar yağır - <b style="color:red"> FAKTİKİ HAVA - YENİLƏNİB</b>

Yanvarın 23-ü saat 12:00-a olan məlumata əsasən Bakı və Abşeron yarımadasına, eləcə də dağlıq ərazilərə qar yağır.

525.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Qarabağ və Şərqi-Zəngəzur, Naxçıvan MR , Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran və Lənkəran-Astara zonasının dağlıq ərazilərində qar yağır. Bakı və Abşeron yarımadasında da səhər saatlarından başlayaraq sulu qar, qar davam edir.

Şimal-qərb küləyinin sürəti Naftalan, Bakıda və Abşeron yarımadasında 18 m/s təşkil edib.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 0-3 dərəcə isti, Aran rayonlarında 2 dərəcəyədək isti, dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınıb.

***

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 23-ü saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə sulu qar, qar yağır. Ayrı-ayrı yerlərdə intensivdir. Bakıda və Abşeron yarımadasında da səhər saatlarından sulu qar, qar yağır.

525.az-a ETSN-dən verilən xəbərə görə Qar örtüyünün hündürlüyü Zaqatalanın dağlıq ərazisi olan Əlibəydə 42 sm, Qaxda 35 sm, Ordubadda 26 sm, Şəki, Daşkəsən, Gədəbəy, Qrız, Balakən, Zaqatala, Göygöl, Lerik, Şahdağ, Oğuz, Şahbuz, Quba, Xaltan, Yardımlı, Qusar, Altıağac, Qəbələ, Şabran, Tərtər, Qobustanda 14 sm-dək olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, Naxçıvan MR-da 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Aran rayonlarında 2 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə isə 11-14 dərəcə şaxta olub.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti yanvarın 24-ü axşamadək davam edəcək. Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 24-25-də gecə və səhər saatlarında xüsusən də dağlıq və dağətəyi rayonlarda magistral yolların buz bağlama ehtimalı var.

 





23.01.2024    çap et  çap et