Çin Seysmik Xidməti Sincan-Uyğur Muxtar Rayonunun Aksu bölgəsinin Uşi qəzasında baş verən növbəti zəlzələ barədə məlumat yayıb.
525.az bu barədə TASS-a istinadən xəbər verir.
4,8 maqnitudalı zəlzələ Pekin vaxtı ilə saat 12:01-də baş verib. Zəlzələnin episentri 41,23 dərəcə şimal eni və 78,91 dərəcə şərq uzunluğu koordinatlarında yerləşib.
çap et