525.Az

Azərbaycanda problemli kreditlər 26 faizdən çox azalıb


 

Azərbaycanda problemli kreditlər 26 faizdən çox azalıb<b style="color:red"></b>

Bu il dekabr ayının 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 0,6% azalaraq 437,8 milyon manata enib.

525.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Vaxtı ötmüş kreditlər ötən ilin eyni dövrü ilə müqayisədə isə 26,2% azalıb.

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.1 faiz bəndi azalaraq 1.8% təşkil edib.

 





23.01.2024    çap et  çap et