525.Az

Azərbaycanda ötən il dövlət xətti ilə 462 milyon manat ipoteka krediti verilib


 

Azərbaycanda ötən il dövlət xətti ilə 462 milyon manat ipoteka krediti verilib<b style="color:red"></b>

2023-cü ildə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 461,7 milyon manat kredit verilib.

525.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 9,2 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 20,9 % artaraq 492 milyon manat olub.

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği dəyişməyərək 450 milyon manat olub, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 8 % azalaraq 87,6 milyon manata düşüb.

 





23.01.2024    çap et  çap et