525.Az

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 19 faiz artıb


 

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 19 faiz artıb<b style="color:red"></b>

2024-ci il yanvar ayının 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 23 979.1 mln. manat təşkil edib.

525.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu 2023 ilin dekabr ayının 1-nə olan göstərici ilə müqayisədə 1.53% çoxdur.

2023 ilin yanvar ayının 1-i ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşları 18.8% və ya 3 mlrd. 795.1 mln. manat artıb. Belə ki, ötən ilin yanvar ayının 1-nə kredit qoyuluşlarının həcmi 20 184 mln. manat təşkil edib.

 





23.01.2024    çap et  çap et