525.Az

Azərbaycanda 10 audit şirkətinin və 6 sərbəst auditorun lisenziyalarının qüvvəsi dayandırılıb


 

Azərbaycanda 10 audit şirkətinin və 6 sərbəst auditorun lisenziyalarının qüvvəsi dayandırılıb<b style="color:red"></b>

Auditorlar Palatası 10 audit şirkətinin və 6 sərbəst auditorun lisenziyalarının qüvvəsini müvəqqəti dayandırıb.

525.az-a bu barədə Palatadan bildirilib.

Məlumata görə, audit bazarından kənarlaşdırılmış hüquqi şəxslər "KF Audit", “Rasional Audit”, “Solutions Audit Services” , "East İnvest Finance and Accounting", “Max Audit”, “Proqress Audit”, “Audit Planning and Strategy”, "Bakinar Audit", "Capital Audit" və “T. A. T Global Audit” MMC-lər, fiziki şəxslər isə Cövriyyə Rüstəmova, Şirxan Gülməmmədov, Raqif Mikayılzadə, Murtuzəli Həsənov, Vaqif Qarayev və Bəhram Qarayevdir.

Lisenziyaların qüvvəsinin dayandırılmasına səbəb Palataya illik üzvlük haqqının ödənilməməsidir. Həmin məbləğ hüquqi şəxslər üzrə 5 972 manat, fiziki şəxslər üzrə isə 2 920 manatdır.

 





23.01.2024    çap et  çap et