525.Az

Dünya Gənc Türk Yazarlar Birliyi bəyanat yaydı


 

Dünya Gənc Türk Yazarlar Birliyi bəyanat yaydı<b style="color:red"></b>

Fransada Xurşidbanu Natəvanın heykəlinin təhqir edilməsi ilə bağlı Dünya Gənc Türk Yazarlar Birliyi bəyanat yayıb.

525.az xəbər verir ki, bəyanatda deyilir:

“Görkəmli Azərbaycan şairi və ictimai xadimi Xurşidbanu Natəvanın Fransanın Evian-le ban şəhərində 2017-ci ildə ucaldılmış heykəlinə qarşı edilmiş nalayiq hərəkət vandalizm, ümumilikdə mədəniyyət amilinə qarşı atılmış təhqiredici addımdır. Xurşidbanu Natəvan Azərbaycan tarixinin ən parlaq simalarından biridir. O yaşadığı dövrdə istər mədəniyyətə göstərdiyi xidmətlərə, istərsə də insanların gözəl yaşamı üçün gördüyü işlərə görə bu gün də minnətdarlıqla xatırlanır. O həm şair kimi, həm də xeyriyyəçi kimi parlaq fəaliyyəti ilə tarixləşmişdir.  Biz Dünya Gənc Türk Yazarlar Birliyinin Türk dünyasının müxtəlif ölkələrindən olan üzvləri olaraq Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın heykəlinə qarşı edilmiş bu hərəkəti qınayır və bu kimi addımların yolverilməz olduğunu bəyan edirik”.

1. İntiqam Yaşar - Azərbaycan Respublikası

2. Özgür Bacaqsız -Türkiyə Respublikası

3. Erkinbek Serikbay- Qazaxıstan Respublikası

4. Sayat Kamşiger - Qazaxıstan Respublikası

5. Gülnaz Fayzulla- Qazaxıstan Respublikası

6. Mehrinaz Abbas - Özbəkistan Respublikası

7. Dilroba Norqulova -  Özbəkistan Respublikası

8. Rizkul İzzatova -Qırğız Respublikası

9. Bekbolat Sarıbay - Qırğız Respublikası

10. Ayşən Rəhim -Azərbaycan Respublikası

11. Ümid Nəccari - Güney Azərbaycan

12. Ramin Cəbraili Yaşar - Güney Azərbaycan

13. Rahmat Babacan- Özbəkistan Respublikası

14. Ənvər Aykol - Türkiyə Respublikası

15. Dərya Akdemir -Türkiyə Respublikası

16. Jamshid Nurqul Özbəkistan Respublikası

17. Asliddin Yunusov – Özbəkistan Respublikası

 





23.01.2024    çap et  çap et