525.Az

Bakı-Şamaxı-Yevlax yolunun buz bağlamış hissələrinə qum-duz qarışığı səpilir


 

Bakı-Şamaxı-Yevlax yolunun buz bağlamış hissələrinə qum-duz qarışığı səpilir<b style="color:red"></b>

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı-Şamaxı-Yevlax avtomobil yolunun buz bağlamış hissələrinə qum-duz qarışığı səpir.

525.az-a bu barədə AAYDA-dan bildirilib.

Məlumata görə, bununla da hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunur: “Hazırda yolda nəqliyyat vasitələrinin hərəkətində heç bir çətinlik yoxdur. Sürücülərə yollarda diqqətli olmaları və qış fəslinə uyğun təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə etmələri tövsiyə olunur”.

 





23.01.2024    çap et  çap et