525.Az

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədr müavini vətəndaşları qəbul edəcək


 

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədr müavini vətəndaşları qəbul edəcək<b style="color:red"></b>

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Fərid Cəfərov vətəndaşları qəbul edəcək.

525.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, yanvarın 26-da qurumun 5 saylı Xaçmaz Ərazi İdarəsinin inzibati binasında (Xaçmaz şəhəri, Heydər Əliyev prospekti, 9A ünvanında) Quba, Qusar, Xaçmaz və Şabran rayonlarından olan vətəndaşları, yanvarın 30-da isə 18 saylı Zaqatala Ərazi İdarəsinin inzibati binasında (Zaqatala şəhəri, Faiq Əmirov küçəsi, 173 ünvanında) Zaqatala və Balakən rayonlarından olan vətəndaşlar qəbul olunacaq.

Saat 12:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.

Qəbula gəlmək istəyənlər 5 saylı Xaçmaz Ərazi İdarəsinə (telefon: 02332-5-00-18, elektron ünvan: [email protected]) və 18 saylı Zaqatala Ərazi İdarəsinə (telefon: 02422-4-00-63, elektron ünvan: ([email protected]) müraciət edə bilərlər.

 





23.01.2024    çap et  çap et