525.Az

Bank kartları ilə nağdsız ödənişlər 5,8 mlrd. manata çatıb


 

Bank kartları ilə nağdsız ödənişlər 5,8 mlrd. manata çatıb<b style="color:red"></b>

2023-cü ilin dekabr ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1.9 dəfə artıb.

525.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, 2023-cü ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 5 mlrd. 798 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 4,801 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 987 mln. manatı POS-terminallar, 9 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 55.6%-ni təşkil edib.

 





23.01.2024    çap et  çap et