525.Az

Əjdər Ol barəsindəki hökmdən yenidən kassasiya şikayəti verib


 

Əjdər Ol barəsindəki hökmdən yenidən kassasiya şikayəti verib<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) barəsindəki hökmdən yenidən kassasiya şikayəti verib.

525.az-ın xəbərinə görə, bu barədə APA-ya onun vəkili Teymur Baloğlanov məlumat verib.

Xatırladaq ki, Əjdər Cəbiyevin (Əjdər Ol) hökmdən daha əvvəl kassasiya şikayəti versə də, sonrdan geri götürüb.

Qeyd edək ki, Əjdər Cəbiyev (Əjdər Ol) sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə aparılan istintaqla həbs olunub. O, külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi sonradan həbs müddətini 3 ay azaldıb. Səlim Müslümov isə ibtidai istintaq dövründə ev dustaqlığına buraxılıb. Məhkəmə ona 11 il azadlıqdan məhrumetmə cəzası təyin edib. Təyin edilmiş cəza 5 il sınaq müddəti seçilməklə şərti hesab edilib.

Ə. Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.

 





23.01.2024    çap et  çap et