525.Az

Bankların balans kapitalı 6 mlrd. manatı ötüb


 

Bankların balans kapitalı 6 mlrd. manatı ötüb<b style="color:red"></b>

2024-cü il yanvarın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 49 178.2 milyon manat təşkil edib.

525.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü il yanvar ayının 1-i ilə müqayisədə 4.5% çoxdur.

Bankların aktivlərinin 23 183 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 18,3% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 41.6%-dən 47.1%-ə yüksəlib.

Hesabat dövründə, bank sektorunun öhdəlikləri 4% artaraq 43 114.8 milyon manata, o cümlədən depozit portfeli 2.3% artaraq 34 550.1 milyon manata çatıb. Bunun 12 582.2 milyon manatı fiziki, 21 967.9 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 9.6% artıb, şirkətlərin banklardakı vəsaitləri isə 1.4% azalıb.

Bank sektorunun balans kapitalı isə 7.8% artaraq 6 063,4 milyon manat təşkil edib.

 





23.01.2024    çap et  çap et