525.Az

Bakıda dəmir yolu stansiyasında zəncirvari qəza olub


 

Bakıda dəmir yolu stansiyasında zəncirvari qəza olub<b style="color:red"></b>

Bu gün saat 10:15 radələrində "Azərbaycan Dəmir Yolları "QSC -yə (ADY) məxsus yük qatarı Əhmədli stansiyasının dalan yolunda manevr edərkən dəmiryol xəttinə yaxın məsafədə qanunsuz park edilmiş 99-FJ-595 dövlət nömrə nişanlı avtomobil qatara ilişib və yaxınlıqda dayanmış digər 7 maşınla toqquşub.

525.az=a bu barədə ADY-dən bildirilib.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

"ADY bir daha nəqliyyat vasitələri sürücülərinin diqqətinə çatdırır ki, dəmiryol xətlərinə yaxın parkinq edərkən ən azı 3 metr məsafə saxlanılmalıdır", - deyə məlumatda qeyd olunub.

 





23.01.2024    çap et  çap et