525.Az

Azərbaycan Mərkəzi Bankı və Dünya Bankı investisiya layihələrini müzakirə edib


 

Azərbaycan Mərkəzi Bankı və Dünya Bankı investisiya layihələrini müzakirə edib<b style="color:red"></b>

Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı (WB) 2025-2028-ci illər üzrə Ölkə Tərəfdaşlığı Çərçivəsinə (ÖTÇ) uyğun olaraq investisiya layihələrini müzakirə edib.

525.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Bu gün WB-nin nümayəndə heyəti ilə görüşdük. Görüşdə qurumun Azərbaycandakı cari fəaliyyəti, yeni ÖTÇ-nin hazırlanması istiqamətində görülən işlər, onun əhatə edəcəyi strateji istiqamətlər, investisiya layihələri, o cümlədən ölkəmizin inkişaf prioritetləri və planları üzrə fikir mübadiləsi apardıq. Eyni zamanda, gələcək əməkdaşlıq perspektivlərini və həyata keçirilən texniki yardım layihələrini müzakirə etdik", - deyə o qeyd edib.

 





23.01.2024    çap et  çap et