525.Az

Pentaqon: Qərb Ukraynaya ilk F-16-ları vermək niyyətindədir


 

Pentaqon: Qərb Ukraynaya ilk F-16-ları vermək niyyətindədir<b style="color:red"></b>

Qərb 2024-cü ildə ilk F-16 qırıcı-bombardmançı təyyarələrini və onlara xidmət göstərəcək avadanlıqları Ukraynaya təhvil verməyi planlaşdırır.

525.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander deyib.

“Biz koalisiya olaraq çalışırıq... Biz Ukraynanın 2024-cü ildə F-16 proqramı üçün ilkin əməliyyat hazırlığını hədəfləyirik.

Bu, aviasiya təlimi, platformalar və əlavə olaraq, texniki hazırlığı, infrastruktur və ehtiyat hissələri, döyüş sursatı - Qərb koalisiyasının cavabdeh olduğu bütün komponentləri əhatə edəcək”, - Pentaqonun sözçüsü bildirib.

O, məsələ barədə Kiyevə silah və hərbi texnikanın tədarükünü koordinasiya etmək üçün təmas qrupunun iclasından sonra xüsusi brifinqdə danışıb.

 





23.01.2024    çap et  çap et