525.Az

Nyu-Yorkda elektrikli velosipeddən ölüm rekord həddə çatıb


 

Nyu-Yorkda elektrikli velosipeddən ölüm rekord həddə çatıb<b style="color:red"></b>

İqlim böhranı ilə mübarizədə təsirli nəqliyyat üsullarından biri olaraq görülən elektrikli velosipedlər Nyu-Yorkda rekord sayda yanğına səbəb olub.

525.az xəbər verir ki, Nyu-York Yanğınsöndürmə İdarəsinin verdiyi məlumata görə, elektrik velosipedləri şəhərdə 267 yanğına səbəb olub. Bu yanğınlarda 18 nəfər həlak olub, 150 nəfər yaralanıb.

Qeyd edək ki, rəsmi məlumatlara görə, ABŞ-də 2019-2022-ci illərdə elektrikli velosiped satışları 269 faiz artım göstərmişdi.

Məhəmməd Tağıyev

 





24.01.2024    çap et  çap et