ABŞ-nin İllinoys ştatında 2 gündə 9 nəfəri güllələyərək 8 nəfərin ölümünə səbəb olan Romeo Nans hüquq-mühafizə orqanları onu yaxalamamış intihar edib.
525.az xəbər verir ki, ABŞ-nin İllinoys ştatında Coliet Polis İdarəsinin açıqlamalarına görə, şübhəli Romeo Nens Coliet şəhərində hüquq-mühafizə orqanları ilə münaqişədən sonra intihar etməzdən əvvəl 9 nəfəri güllələyib. Belə ki, 9 nəfərdən 8-i dünyasını dəyişib.
Romeo 8 nəfərin öldürüldüyü yerdən kilometrlər aralıda Texas ştatında hüquq-mühafizə orqanları ilə qarşılaşarkən silahı özünə tərəf çevirərək intihar edib.
Qeyd edək ki, silahlı hücumun səbəbi açıqlamasa da, zərərçəkənlərlə şübhəlinin bir-birini tanıdığı vurğulanıb.

Məhəmməd Tağıyev
çap et