İtaliya Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani oktyabrın 7-dən etibarən İsrailə silah göndərilməsini dayandırmağa qərar verdiklərini və heç bir silah növü göndərmədiklərini bildirib.
525.az xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani jurnalistlərə açıqlamasında İsrailə silah satışını dayandırmağa çağıran ana müxalifət Demokratik Partiyasının (PD) lideri Elli Şleynə cavab verib.
Şleynin çağırışının gərəksiz olduğunu, bu qərarın artıq alındığını, o vaxtdan bəri heç bir növ silah göndərmədiklərini və bunu parlamentdə dediklərini müdafiə edən Tajani: “İsrailə bir daha silah göndərməməyə qərar verdik. Oktyabrın 7-dən etibarən bu məsələni müzakirə etməyə ehtiyac yoxdur", - deyib.
İtaliyalı nazir onu da qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatından (BMT) müraciət olarsa, İtaliya BMT daxilindəki sülhməramlı qüvvələrə əsgər göndərə bilər.
Malik Atilay
çap et