Yaponiyanın şərqində və mərkəzi hissəsində bir çox sürətli qatarların hərəkəti elektrik enerjisinin kəsilməsi səbəbindən müvəqqəti olaraq dayandırılıb.
525.az xəbər verir ki, Yaponiyada "East Japan Railway Co." Şirkətin açıqlamasına görə, yerli vaxtla saat 10:00 radələrində Tohoku, Joetsu, Hokuriku yüksək sürətli qatar xətlərində elektrik enerjisi kəsilib.
Elektrik enerjisinin kəsilməsindən sonra Saitama əyalətinin Omiya bölgəsində Tokio və Hokkaydo arasında hərəkət edən "Hayabusa 13" sürətli qatarı sıradan çıxıb.
Qeyd edək ki, nasazlıq səbəbindən Tohoku, Coetsu, Hokuriku xətlərində bir çox sürətli qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Məhəmməd Tağıyev
çap et