525.Az

Avstraliya "qızıl viza"nı ləğv etdi


 

Avstraliya "qızıl viza"nı <b style="color:red">ləğv etdi</b>

Avstraliyada hökumət xarici investorların ölkədə yaşamasına icazə verən “qızıl viza” proqramını dayandırıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Avstraliyanın daxili işlər və kibertəhlükəsizlik naziri Kler O'Nil proqramla bağlı açıqlama verib.

O'Neil, "qızıl viza" tətbiqinin Avstraliya iqtisadiyyatının illərdir ehtiyaclarını ödəmədiyinin "açıq-aşkar olduğunu" bildirib.

Vurğulanıb ki, “qızıl viza” proqramını daha əhatəli işçi vizaları əvəz edəcək.

Hökumətin məlumatlarına görə, 2012-ci ildən bəri proqram çərçivəsində minlərlə investora "qızıl viza" verilib və müraciətlərin təxminən 85 faizi Çindəki investorlardan gəlib.

Qeyd edək ki, “Qızıl viza” proqramı çərçivəsində xarici investorlara təxminən 3,3 milyon dollarlıq sərmayə müqabilində Avstraliyada daimi yaşayış statusu verilirdi.

Malik Atilay

 





23.01.2024    çap et  çap et