525.Az

“Pərviz Arif əruzda danışan şairdir…” - Elşən Mehdi yazır…


 

“Pərviz Arif əruzda danışan şairdir…” -<b style="color:red"> Elşən Mehdi yazır…</b>

"Ömürdən əl çəkərsən

Sonuncu ad günündə..."

Ədəbiyyat həm də adlandırma sənətidir; hissləri, rəngləri, adları və s. Sənətin xidmət kimi bir məsuliyyəti varmı? Bizi tərbiyələndirməyə məcburdur? Çoxdankı sualdır, təbii ki… Cavabı məşhur ixtilafdı. Mən sənətin özü ilə gələn və növbəti şarilərə cığır açan poeziyanın xidmətinə daha çox inanıram. Bu proses düşünülmüş şəkildə baş vermir. Sən gedilməyən, yaxud az gedilən bir yola, üsluba keçirsənsə, səndən sonrakılara xidmət etmiş olursan. Yol açmaq tərbiyələndirmək qədər həyatidir. Üslubların mübarizəsi kimi yanaşmasaq yolların sonu birdir. Yəni, mətləb eyni qayəyə xidmət edir; məna vermək, yaxud mənanı tapmaq.

Pərviz Arifin poeziyası təmizdi, axar sudur. Xeyirxahlıq axtarışındadır və xidmətkardır.

Nə qədər var duaları anamın,

Tale məndən əsirgəməz ənamın...

Forması qədim, dili gəncdir. Klassikamızın ağacında yeni növ meyvədi və özündən sonrakılara körpüdür. Pərviz Arif artıq yaradıclığının elə bir mərhələsindədir ki, əruz qəlibləri onunçün  əngəl yox, “komfort zona”dır. Yoxsa necə belə rahat yazmaq olar?

Darıxmaq hissi başlar,

sözün şirin yerində.

Özünlə rastlaşarsan

şeirlərin birində.

 

Әcəl son etirafdır

hər insanın dilində.

Ölüm hədiyyəmizdir

yaşam müqabilində.

 

Elşən MEHDİ

 





24.01.2024    çap et  çap et