Yaponiya İmperatoru Naruhito və Masakonun qızı Şahzadə Aikonun universitetdən sonra Yaponiya Qızıl Xaç Cəmiyyətində çalışacaq.
525.az xarici mediaya əsasən xəbər verir ki, İmperator İşləri Agentliyinin (Kunaicho) açıqlamasında Yapon şahzadəsi Aikonun universiteti bitirdikdən sonraki karyerası haqqında məlumat verilib.
Müvafiq olaraq, şahzadə Aiko aprel ayında anası Masakonun fəxri prezidenti olduğu Yaponiya Qızıl Xaç Cəmiyyətində müqavilə əsasında işə başlayacaq.
"Mən Yapon Qızıl Xaç Cəmiyyətinin işində iştirak edəcəyimə görə xoşbəxtəm", - Aiko deyib.
Yapon şahzadə: "Mən qətiyyətliyəm. Ümid edirəm ki, cəmiyyətin bir üzvü olduğumu bilərək çox çalışaraq insanlara və cəmiyyətə bir az kömək edəcəyəm", - deyə əlavə edib.
Malik Atilay
çap et