525.Az

ABŞ və Britaniya husilərə hücum edib


 

ABŞ və Britaniya husilərə hücum edib<b style="color:red"></b>

ABŞ və Böyük Britaniya qüvvələri Yəmənin paytaxtı Səna ilə yanaşı, Taiz və əl-Beyza şəhərlərinə də hava zərbələri endiriblər.

525.az xarici KİV-ə istinadən bildirir ki, Husilərin “Ənsarullah” internet saytındakı son xəbərlərdə “ABŞ-Britaniya qüvvələri paytaxt Səna və bəzi vilayətlərə hava hücumu edib” deyilib.

Xəbərdə, "Bu hava hücumlarından dördü Sənadakı əl-Deylami Hərbi Hava Bazasını, digər dörd hücum isə əs-Səbin rayonundakı əl-Hafa bölgəsini hədəf alıb", - məlumatı verilib.

Husilərin "Əl-Məsirə" televiziyasının xəbərində ABŞ-Böyük Britaniya döyüş təyyarələrinin Taiz şəhərində iki, Əl-Beyza şəhərində isə bir hədəfi vurduğu bildirilib.

Malik Atilay

 





23.01.2024    çap et  çap et