525.Az

Xoruldayan qonşusunu öldürdü


 

Xoruldayan qonşusunu <b style="color:red">öldürdü</b>

ABŞ-də qonşusunun xoruldamasından narahat olan Kristofer Ceyms Keysi burun əməliyyat xərclərini ödəmək təklifi qəbul olunmadığı üçün qonşusu Robert Uollesi bıçaqlayaraq öldürüb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Pensilvaniyada 55 yaşlı Kristofer Ceyms Keysi qonşusu 62 yaşlı Robert Uollesin yüksək səslə xoruldamasından narahat olduğu üçün onu bıçaqlayaraq öldürüb.

İki qonşu arasında ölümlə nəticələnən mübahisədən sonra Keysi həbs edilib.

Malik Atilay

 





24.01.2024    çap et  çap et