525.Az

Pakistanda seçkilərdə 17 816 deputat namizədi yarışacaq


 

Pakistanda seçkilərdə 17 816 deputat namizədi yarışacaq<b style="color:red"></b>

Pakistanda fevralın 8-də keçiriləcək ümumi və əyalət seçkilərində 17 816 deputat namizədi yarışacaq.

525.az xarici KİV-ə istinadən bildirir ki, Pakistan Seçki Komissiyası Milli Assambleya və əyalət məclislərində yerlər uğrunda mübarizə aparacaq deputatlığa namizədlərin yekun siyahısını paylaşılıb.

Məlumata görə, 17816 deputatlığa namizəddən 11 785-i müstəqil, 6031-i isə siyasi partiya damı altında yarışacaq.

Fevralın 8-də ölkədə keçiriləcək ümumi və dövlət seçkilərində 150 ​​siyasi partiya iştirak edəcək.

Qeydə alınmış 128 585 760 seçicinin 69,2 milyonu kişi, 59,3 milyonu isə qadındır.

Malik Atilay

 





23.01.2024    çap et  çap et