ABŞ-nin müdafiə naziri Lloyd Ostin ABŞ hərbi qüvvələrinin İraqda İranın dəstəklədiyi milis qruplarına aid üç obyektə hücum etdiyini açıqlayıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, Ostin yazılı açıqlamasında, prezident Baydenin göstərişi ilə ABŞ-nin İraqda İranın dəstəklədiyi milis qruplarının istifadə etdiyi 3 obyekti vurduğunu açıqlayıb.
Hücumları "zəruri" və "mütənasib" olaraq xarakterizə edən Ostin: "Bu hücumlar İranın dəstəklədiyi milislərin İraq və Suriyada ABŞ və Koalisiya personalına qarşı artan bir sıra hücumlarına birbaşa cavabdır", - açıqlamasını paylaşıb.
ABŞ-nin öz maraqlarını müdafiə etmək üçün lazımi addımları atmaqdan çəkinməyəcəyini bildirən Ostin, bölgədə münaqişələri qızışdırmağa çalışmadıqlarını iddia edib və İranın dəstəklədiyi hücumları dərhal dayandırmağa çağırıb.
Qeyd edək ki, İraqda yerli mətbuatda dərc olunan xəbərlərdə ABŞ təyyarələrinin Babilin Curf əs-Səhər bölgəsindəki Həşdi Şaabi hərbi obyektini bombaladığı, hücumda ölən və yaralananların olduğu bildirilib.
Malik Atilay
çap et