Monqolustanın paytaxtı Ulan-Batorda ticarət mərkəzinin yaxınlığında 60 ton maye qazla yüklənmiş tanker partlayıb.
525.az xəbər verir ki, Ulan-Batorun Dünjinqarav bazarı yaxınlığında yerli vaxtla saat 01:00-da 60 ton maye qazla yüklənmiş tanker partlayıb.
Partlayış nəticəsində baş verən yanğın ətrafdakı tikililərə və avtomobillərə keçib. Hadisə yerinə yanğınsöndürmə və təcili yardım xidmətləri cəlb olunub.
Qeyd edək ki, hadisə nəticəsində 3-ü yanğınsöndürən olmaqla 6 nəfər ölüb.
Məhəmməd Tağıyev
çap et