Polis ABŞ-nin Kolumbiya Universitetinin şəhərciyində keçirilən Fələstin tərəfdarı nümayişlərdə iştirak edən tələbələrin üzərinə pis qoxulu maddənin püskürdülməsi ilə bağlı araşdırmalara başlayıb.
525.az xəbər verir ki, yanvarın 19-da Kolumbiya Universitetinin kampusunda Fələstin tərəfdarı nümayişlərdə iştirak edən 6 tələbənin üzərinə pis qoxulu maddə püskürtülüb. Naməlum maddədən təsirlənən tələbələrdə ürəkbulanma, qusma, baş ağrısı və gözlərdə yanma müşahidə edilib. Polisin başlatdığı istintaqda isə hələlik heç kim saxlanılmayıb.
Qeyd edək ki, universitet rəhbərliyindən verilən açıqlamada şübhəlilərin kampusa girişinə qadağa qoyulduğu bildirilib.
Məhəmməd Tağıyev
çap et