Braziliyanın şimal-şərqindəki Bahia ştatında sərnişin qayığının batması nəticəsində 8 nəfər ölüb.
525.az xarici mediaya istinadən xəbər verir ki, Todos os Santos körfəzində hərəkət edən sərnişin qayığı həddindən artıq sərnişin sıxlığından çevrilib.
Hadisə nəticəsində 8 nəfər ölüb. Axtarış-xilasetmə işləri davam edir.
Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.
Malik Atilay
çap et