525.Az

Almaniya Ukraynaya 6 hərbi helikopter verəcək


 

Almaniya Ukraynaya 6 hərbi helikopter verəcək<b style="color:red"></b>

Almaniya Ukraynaya 6 ədəd "Sea King Mk41" tipli çoxməqsədli helikopter verəcək.

525.az xarici KİV-ə əsasən xəbər verir ki, Almaniya müdafiə naziri Boris Pistorius “Ramşteyn” formatında onlayn keçirilən Ukrayna Müdafiə Təmas Qrupunun 18-ci iclasında iştirak edib.

Almaniyanın bu il Ukraynaya dəstəyini artıracağı bildirilən açıqlamaya görə, Almaniya ordusunun ehtiyatlarından Ukraynaya 6 ədəd "Sea King Mk 41" tipli çoxməqsədli helikopter və ehtiyat hissələri paketi təmin etməklə yanaşı, uçuş və texniki təhsil dəstəyi də veriləcək.

Qeyd edək ki, çatdırılma 2024-cü ilin ikinci rübündən sonra mümkün olacaq.

Malik Atilay

 





24.01.2024    çap et  çap et