Sakit okeandakı ada ölkələrindən biri olan Vanuatuda 6,3 bal gücündə zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) episentri Vanuatunun paytaxtı Port-Vila şəhərindən 43 kilometr cənub-qərbdə meydana gələn 6,3 bal gücündə zəlzələnin 37 kilometr dərinlikdə qeydə alındığını bildirib.
Qeyd edək ki, zəlzələdə can və ya mal itkisi ilə bağlı açıqlama verilməyib.
Malik Atilay
çap et