525.Az

Vatikanda keşiş cinsi istismara görə həbs edildi


 

Vatikanda keşiş cinsi istismara görə <b style="color:red">həbs edildi</b>

Vatikanın apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin bəraət hökmünü ləğv edərək cinsi zorakılıqda ittiham olunan keşiş Qabriele Martinellini 2,5 il müddətinə azadlıqdan məhrum edib.

525.az Vatikanın rəsmi nəşri olan "VaticanNews"a istinadən xəbər verir ki, Vatikanın Apellyasiya Məhkəməsi 2008-2009-cu illərdə Katolik Kilsəsinə bağlı bir məktəbdə uşağa cinsi zorakılıq etməkdə günahlandırılan və bəraət qazanan keşiş Qabriele Martinellinin işinə baxıb.

Apellyasiya məhkəməsi Martinelli haqqında bəraət hökmünü ləğv edib və 31 yaşlı keşişin günahkar olduğuna qərar verib.

Martinelli 2 il 6 ay həbs və 1000 avro pul cəzasına məhkum edilsə də, apellyasiya məhkəməsi zorakılıq qurbanının təzminat tələbini qəbul etməyib.

Qeyd edək ki, birinci instansiya məhkəməsində keşiş Martinelliyə kömək etməkdə ittiham olunan və bəraət qazanan digər keşiş Enriko Radisin işinə də baxıldığı bildirilib.

Malik Atilay

 





24.01.2024    çap et  çap et