Yəməndəki husilər ABŞ-nin gərginliyi azaltmaq üçün hər hansı cəhdinin onlar tərəfindən ikiqat cavabla qarşılanacağını açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, husilərin qondarma hökumətinin xarici işlər nazirinin müavini Hüseyn əl-İzzi "X" sosial media platformasında verdiyi açıqlamada: “Vaşinqton müharibə istəmədiyini deyir, amma bizi sözlər deyil, əməllər maraqlandırır", - deyib.
Husilərin müharibə istəmədiyini qeyd edən İzzi, husilərin Vaşinqtonun gərginliyi azaltmaq üçün etdiyi istənilən cəhdə eyni şəkildə cavab verəcəklərinə diqqət çəkib.
Yalnız sülh üçün mübarizə apardıqlarını və rəqiblərinin seçdiyi şəkildə buna nail olmağa çalışdıqlarını söyləyən İzzi: "Həm müharibədə, həm də sülhdə etibarlılığımız yüksəkdir", - deyə vurğulayıb.
Malik Atilay
çap et