"Hizbullah" Hərəkatı Livanın cənubundan İsrail ordusunun mövqelərinə hücuma keçdiyini açıqlayıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, "Hizbullah" İsraillə münaqişələrlə bağlı açıqlama verib.
Açıqlamada qeyd olunub ki, Tel Kubra mövqeyi və İsraillə sərhəddə yerləşən Meron hava müşahidə bazası vurulub.
Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərdə İsrail ordusunun Livanın Blida qəsəbəsində 3 evə döyüş təyyarələri ilə hücum etdiyi bildirilib.
Malik Atilay
çap et