525.Az

Cənubi Afrikada yanğın törətdiyi iddia edilən şəxs yaxalanıb


 

Cənubi Afrikada yanğın törətdiyi iddia edilən şəxs yaxalanıb<b style="color:red"></b>

Cənubi Afrika Respublikasının ən böyük şəhəri Yohannesburqda 2023-cü ilin avqustunda 76 nəfərin ölümünə səbəb olan yanğını törətdiyi iddia edilən şübhəli tutulub.

525.az xəbər verir ki, Cənubi Afrika Polis Xidmətləri Agentliyindən verilən açıqlamada 29 yaşlı şübhəlinin onlarla insanın ölümünə səbəb olan yanğınla əlaqədar aparılan istintaq çərçivəsində tutulduğu paylaşılıb.

Açıqlamada şübhəlinin yanğının binanın zirzəmisində öldürdüyü şəxsin cəsədini yandırmaq istəyərkən başladığını və 76 nəfərin ölümünə səbəb olmaq ittihamı ilə məhkəməyə çıxarılacağını etiraf etdiyi qeyd edilib.

Məhəmməd Tağıyev

 





25.01.2024    çap et  çap et