525.Az

Ostin xəstəxana mübahisəsindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb


 

Ostin xəstəxana mübahisəsindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb<b style="color:red"></b>

ABŞ Müdafiə Naziri Lloyd Ostin 22 dekabr 2023-cü ildə gizli şəkildə xəstəxanaya yerləşdirildikdən və səhhətinin vəziyyəti ilə bağlı Ağ Ev və Konqres səviyyəsində informasiya böhranı yaşandıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

525.az xəbər verir ki, Ostin videokonfrans vasitəsilə Ukrayna Müdafiə Əlaqə Qrupunun aylıq iclasında iştirak edib.

22 dekabr 2023-cü ildə xəstəxanaya yerləşdirildikdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxan Ostin iclasdakı çıxışında: "Hamınızı yenidən görmək çox xoşdur. Gördüyünüz kimi bu gün evdən qoşuluram. Özümü yaxşı hiss edirəm və tezliklə Pentaqona qayıtmağı səbirsizliklə gözləyirəm", - deyib.

Qeyd edək ki, Ostinin çıxışı Müdafiə Nazirliyi tərəfindən canlı yayımlanıb.

Məhəmməd Tağıyev

 





25.01.2024    çap et  çap et