525.Az

Ukraynaya yardım ancaq yoxsulluğa gətirib çıxarır - Slovakiyalı deputat


 

Ukraynaya yardım ancaq yoxsulluğa gətirib çıxarır - <b style="color:red">Slovakiyalı deputat</b>

Slovakiyalılar Ukraynaya böyük yardım göstərməkdən beziblər, bu yalnız yoxsulluğa aparır.

525.az xəbər verir ki, bu barədə Slovakiya Parlamentinin vitse-spikeri Lubos Blaha öz "Telegram" kanalında qeyd edib.

“Ukraynalıların inciməli heç nəsi yoxdur. Slovakiya onlara böyük yardım göstərir və insanlar artıq bundan beziblər. Bu, heç bir yerə aparmır”, – deyə siyasətçi yazıb.

O, həmçinin qeyd edib ki, Slovakiyanın Baş naziri Robert Fiko Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun fiaskosu haqqında danışarkən haqlıdır. 

Qeyd edək ki, bundan əvvəl Slovakiya parlamentinin vitse-spikeri ölkəsində Rusiyaya qarşı ekstremist ideyalara qarşı mübarizə aparacağını deyib.

Havar Şəfiyeva

 





25.01.2024    çap et  çap et