525.Az

Bu il Cəbrayıl şəhərinə köç olacaq, şəhər mərkəzində 33 yaşayış binası inşa edilir - VİDEO


 

Bu il Cəbrayıl şəhərinə köç olacaq, şəhər mərkəzində 33 yaşayış binası inşa edilir - <b style="color:red"> VİDEO</b>

Bu il Cəbrayıl şəhərinə köç olacaq. Hazırda şəhər mərkəzində 33 yaşayış binası inşa olunur.

525.az-a bu barədə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib.

Məlumata görə, Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi inşa olunur. Kompleksdə 33 yaşayış binası tikilir. 4-5 mərtəbədən ibarət bu binalarda 712 mənzil olacaq. Bu il inşaat işləri başa çatdıqdan sonra binalarda 2 158 keçmiş məcburi köçkün məskunlaşacaq.

Qeyd edək ki, tikinti işləri Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən icra olunur.

 

 





25.01.2024    çap et  çap et