525.Az

Müsavata Əmircan Mədəniyyət Evi təklif edildi


 

Müsavata Əmircan Mədəniyyət Evi təklif edildi<b style="color:red"></b>

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının qurultayla bağlı müraciətinə cavab verib.

Bu barədə APA-ya Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib.
 
Onun sözlərinə görə, BŞİH Müsavata qurultay keçirmək üçün Bakının  Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evini təklif edib:
 
“İcra hakimiyyətinin məktubu partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclasında müzakirə edildikdən sonra qərar veriləcək”.

 





10.09.2014    çap et  çap et