525.Az

AMEA Elm Gününün keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib


 

AMEA Elm Gününün keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib, Elm Gününün keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

525.az-a AMEA-dan verilən məlumata görə, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri və aidiyyəti şəxslər iştirak ediblər.

Akademik İsa Həbibbəyli bildirib ki, bu il AMEA-ya dövlət başçısının “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” və “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” sərəncamlarından irəli gələrək müvafiq tapşırıqlar verilib.

Daha sonra iclasda fevralın 29-da AMEA-nın Ümumi Yığıncağının keçirilməsi qərara alınıb.

Bundan başqa, 27 mart - Elm Gününə hazırlıq haqqında da müzakirələr aparılıb və İsa Həbibbəyli Elm Gününün yüksək səviyyədə keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Eyni zamanda AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin sədrliyi ilə kriptoqrafiya sahəsində elmi araşdırmaların əlaqələndirilməsi məqsədilə komissiya yaradılıb, həmçinin AMEA-nın Tarix və Etnologiya və Arxeologiya və Antropologiya institutlarında direktor vəzifəsinə seçkilərin keçirilməsi qərara alınıb.

 





25.01.2024    çap et  çap et