525.Az

Azərbaycanda son 3 ildə ümumilikdə 504 uşaq övladlığa verilib


 

Azərbaycanda son 3 ildə ümumilikdə 504 uşaq övladlığa verilib<b style="color:red"></b>

"Azərbaycanda 1 noyabr 2019-cu ildən etibarən ümumilikdə 504 uşaq övladlığa verilib".

525.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında qurumun İdarə Heyətinin sədri Vüqar Behbudov deyib.

O qeyd edib ki, həmin uşaqlardan 141 nəfəri ötən il övladlığa verilən uşaqlardır: "Paralel olaraq “Himayədar ailə” qayğı modeli çərçivəsində 5 qız uşağı himayədar ailələrə verilib. Ötən il uşaqlardan 91 nəfəri yaxın qohumu, 27 nəfəri ögey ata (ana) tərəfindən övladlığa götürülüb" ("Report").

 





25.01.2024    çap et  çap et