525.Az

Daxili Qoşunların Naxçıvandakı birləşməsində təlim-atış çalışmaları keçirilir


 

Daxili Qoşunların Naxçıvandakı birləşməsində təlim-atış çalışmaları keçirilir<b style="color:red"></b>

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Naxçıvandakı birləşməsində döyüş hazırlığı planına uyğun olaraq hərbi qulluqçularla təlim-atış çalışmaları, praktiki məşğələ və təlimlər keçirilir.

525.az xəbər verir ki, qarlı-şaxtalı havalarda, çətin relyefli ərazilərdə döyüş tapşırıqlarının yüksək peşəkarlıqla icrasına nail olunması məqsədilə şəxsi heyət təlim-atış çalışmasına cəlb edilib.

Havanın əlverişsiz olmasına baxmayaraq, təyin edilmiş hədəflər yüksək sərrastlıqla və hərbçi ustalığı ilə məhv edilib.

Daxili Qoşunların Naxçıvandakı birləşməsində plana uyğun olaraq təlim-atış çalışmaları davam edir.

 





25.01.2024    çap et  çap et