525.Az

Mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan şəxs xilas edilib


 

Mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan şəxs xilas edilib<b style="color:red"></b>

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

525.az-a FHN-in Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 1934-cü il təvəllüdlü G.Cabbarovanı xilas ediblər.

 





25.01.2024    çap et  çap et