İspaniyanın paytaxtı Madriddəki Kraliça Sofiya Muzeyinin çöl hissəsindən Ağlayan Fələstinli Uşağın Fotosu asılıb.
525.az xəbər verir ki, İspaniyanın paytaxtı Madriddə yerləşən Kraliça Sofiya Muzeyi binasının xaricində ağlayan yaralı fələstinli uşağın fotosu asılıb. Foto qəzzalı fotojurnalist Belal Xalidin obyektivindəndir. O, Fələstin xalqının başına gələn ölümü, ağrını və dağıntıları simvollaşdırır.
Təxminən 60 kvadratmetr ölçüsündə olan fotoda Qəzzada baş verənlərlə bağlı dünyaya "Bizi eşidə bilirsinizmi ?" sualı verilir.
Qeyd edək ki, ispaniyalı aktivistlər öz nümayişləri ilə Fələstində dərhal atəşkəs çağırışı ediblər.
Məhəmməd Tağıyev
çap et